“Cənub dəhlizi aysberqin-Azərbaycan qazının görünən hissəsidir”

“Cənub dəhlizi aysberqin-Azərbaycan qazının görünən hissəsidir”

Amerikanın "United Press International" qəzeti "Cənub dəhlizi aysberqin - Azərbaycan qazının görünən hissəsidir" sərlövhəli məqalə dərc edib. Müəlliflər yazırlar ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti başçısının sözlərinə görə, Azərbaycandan Türkiyəyə və Avropaya təbii qaz ixracı Azərbaycanın potensial imkanlarının reallaşdırılmasının başlanğıcıdır. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib: "Biz belə hesab edirik ki, qazın yataqdan ("Şahdəniz") daşınması bu zəncirin yalnız ilk həlqəsidir".

İyun ayında bp şirkətinin idarə etdiyi konsorsium qazın Avropa bazarlarına nəqli üçün Trans-Adriatik qaz kəməri marşrutunu seçib. Bu qaz kəməri Cənub dəhlizinin – enerji ehtiyatlarının Avropa bazarına nəqlinin şaxələndirilməsini təmin edəcək qaz kəmərləri şəbəkəsinin bir hissəsidir. R.Abdullayev deyib ki, Azərbaycanın qaz ehtiyatı 100 trilyon kub futdur.

Bütün xəbərlər Facebook səhifəmizdə