Ceyhandan dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi artıb

Ceyhandan dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi artıb

Bu ilin noyabr ayı ərzində 2 711 473 ton həcmində Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətindən SIA-ya verilən məlumata görə, bu da ötən eyni dövrü ilə müqayisədə 15,7% çoxdur. Bu həcmin 1 830 620 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 069 219 ton olub ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 1,05% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il dekabrın 1-ə qədər Ceyhan limanından 230 735 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə