"Aztelekom" və "Baktelekom" bir açıq səhmdar cəmiyyətdə fəaliyyət göstərəcək

"Aztelekom" və "Baktelekom" bir açıq səhmdar cəmiyyətdə fəaliyyət göstərəcək

Rabitə və informasiya texnologiyaları naziri "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birləşdirilməsi məsələsinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, nazir Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, stasionar telefon xidməti ilə məşğul olan dövlət müəssisələri - Aztelekom İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir açıq səhmdar cəmiyyətdə fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb.

Ə.Abbasov vurğulayıb ki, gələn il bu məsələ həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə