"Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb"

"Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb"

"Son 5 ildə nəqliyyat sahəsinə yatırılmış investisiyalar Azərbaycan iqtisadiyyatının bütün sahələrinə qoyulmuş investisiyaların 20 faizini təşkil edib. Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələləri uğurla həll edilir. Bir sözlə, Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb". SİA-nın məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov İstanbulda III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.

Nazir qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: "Onlar sırasında TRASECA nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələtdə beynəlxalq dəniz ticarət limanının tikintisi var".

Qeyd edək ki, HASEN Xəzər strateji institutu tərəfindən təşkil olunmuş III Xəzər Forumu bütün dünyadan yüksəkvəzifəli rəsmi şəxsləri, şirkət nümayəndələrini və aparıcı ekspertləri bir araya gətirib. Forumda Xəzər regionunun energetika, nəqliyyat və maliyyə sahələrində layihələri müzakirə olunacaq, gələcək əməkdaşlıq imkanları araşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə