Rüfət Məmmədov: "Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi xeyri artıb"

Rüfət Məmmədov: "Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi xeyri artıb"

"Cari ilin 9 ayında Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin həcmi 326 mln. ABŞ dolları təşkil edib". SİA xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan-Avstiya biznes forumunda çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi xeyli artıb: "2012-ci ildə bu rəqəm 264 mln. dollar olub. Burada idxal-ixrac əməliyyatları eynilik təşkil edib. Azərbaycandan Avstriyaya əsasən neft və neft məhsulları, qida sənayesi məhsulları ixrac olunub. Əslində, ixracın tərkibi çox genişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə