WTI markalı neft bahalaşır

Dekabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 2,20 dollar və ya 2,3% artaraq 1 barelə görə 96,04 dollar olub. SİA-nın məlumatına görə, dekabrın 3-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,17 dollar və ya 1,1% artaraq 112,62 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə