"Qiymət artımı iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək" Münasibət

"Qiymət artımı iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək" Münasibət

"Enerji satan ölkədə qiymətlərin birdən-birə təqribən 30 %-dən artıq artması əhalinin yoxsul təbəqəsinin sosial durumuna ciddi şəkildə mənfi təsir göstərəcək". SİA-nın məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Tarif Şurasının qiymətləri artırması ilə bağlı məsələni şərh edərkən deyib.

O bildirib ki, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının qiymətləri də artacaq: "Bununla yanaşı, nəqliyyat xərcləri də avtomatik olaraq qalxacaq. Bu da Azərbaycanda əmək haqqlarının artımı ilə müqayisədə azdır. Ölkəmizdə əmək haqqları 10 faiz artır, lakin yanacağın qiyməti bu dəfə 27-30 faiz artdı. Belə ki, 45 qəpiklik dizel yanacağının qiyməti 80 qəpik civarında olub. Bu da 1/3 qədər artım deməkdir. Bu baxımdan da bu addım iqtisadiyyatın inkişafına töhfə verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə