Əli Abbasov: Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər

Əli Abbasov: Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər

Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, mobil rabitə tarifləri bazar münasibətləri əsasında tənzimlənir və burada müəyyən məhdudiyyətlər var: "Operatorlar arasında olan trafikin qiymətini tənzimləyici orqan kimi Nazirlik təyin edir. Bu gün həmin hədd 5 qəpikdir və nə qədər də çalışsaq da, o həddən aşağı düşə bilmərik. Lakin hazırda belə bir məsələ var ki, mobil danışıqları imkan daxilində 2-5 qəpik arasında tənzimləyək".

"Ehtimal edirik ki, yaxın zamanlarda buna nail olacağıq. Bundan sonra isə mobil operatorlar üçün qiymətlərin aşağı salınması mümkün olacaq" - deyə Ə.Abbasov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə