Azər Mehdiyev: “Banklar kreditləri verərkən insanların alıcılıq qabiliyyətlərini nəzərə almalıdır”
"Problemli kreditlərin, məhz kredit kartları hesabına artması inandırıcı deyil". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev belə deyib. Onun sözlərinə görə, problemli kreditlərin kredit kartları hesabına artması məsələsi iki istiqamətdə xarakterizə olunur: "Birincisi, borc alanların aylıq əmək haqqı məsələsidir. İkincisi, isə banklar kreditləri verərkən onların alıcılıq qabiliyyətlərini nəzərə almalıdır. Bir sözlə, kredit mexanizmi ondan ibarətdir ki, insanlar ödəyə biləcəkləri qədər kredit alsınlar. Kredit təşkilatlarının birinci dərəcəli vəzifəsi isə ondan ibarətdir ki, şəxslərə kredit verərkən onların bu krediti nə qədər ödəmək imkanı olduğunu araşdırsın. Bank özü bütün bu araşdırmaları aparmadan krediti ödəyə bilməyən insanlara kredit verirsə, burada banklar günahkardırlar".
İqtisadçı-ekspert bildirib ki, kredit kartları verən banklar insanların gəlirlərini araşdırmalı, işlərinə məsuliyyətlə yanaşmalıdırlar: "Əgər insanlar bu kartların borcunu ödəyə bilməsələr həmin kartları dondurmaq olar. Problemli kredit kartları haqqında Mərkəzi Bank tərəfindən hələ ki, ciddi araşdırma aparılmayıb. Bununla yanaşı, Mərkəzi Bank hər bir şəxsin hesabı barədə məlumata malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB