Azərbaycanda səslə idarə olunan robotlar hazırlanacaq. SİA-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkədə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" sərgisi ilə bağlı mətbuat konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, robotlar əlillər üçün nəzərdə tutulub: "Azərbaycanda əlillər üçün səslə idarə olunan mini kompüterlər də hazırlanır. Gələcəkdə səslə idarə olunan robotların hazırlanması da nəzərdə tutulur. Belə robortların hazırlanması ölkəmiz üçün böyük əhəmiyyətə malik olacaq".
Qeyd edək ki, 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində Telekomunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri "Bakutel-2013" sərgisi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB