Elmir Vəlizadə: "Bakutel sərgisi çərçivəsində bir sıra tədbirlər keçiriləcək"
Bu gün Bakıda 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin açılışına həsr edilən mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında ilk çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, görüşün məqsədi keçiriləcək sərgi ilə bağlı məlumat verməkdir.
Onun sözlərinə görə, budəfəki sərgi fərqli şəkildə həyata keçiriləcək. Ona görə ki, bu il ölkəmizdə İKT ili qeyd edilir: "Çalışmışıq ki, bu Bakutel sərgisində bu sahədə əldə olunan nailiyyətlər nümayiş olunsun. Sərgidə eyni zamanda milli pavilionlar təşkil etməyi planlaşdırmışıq. Sərgidə 15 ölkənin milli povilionu nümayiş olunacaq. Yeni ideyaları olan şəxslər startaplar kimi formalaşırlar. Onlara da sərgidə yer veriləcək. Bundan əlavə, Azərbaycanda innovativ inkişafı təmin etmək istiqamətində yeni texnologiyalar parkı yaradılacaq ki, bu da ilk dəfə sərgidə nümayiş olunacaq".
E. Vəlizadə həmçinin bildirib ki, sərgi çərçivəsində dekabrın 2-3 də Kibertəhlükəsizliyi üzrə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: "Tədbir RİTN tərəfindən həyata keçiriləcək. Burada digər ölkələrin nazirlərinin də iştirakı nəzərdə tutulur. Bundan əlavə sərgidə regional rabitə birliyi administrasiya başçılarının iştirakı ilə dəyirmi masa keçiriləcək. Sərgi çərçivəsində həmçinin BMT nin digər qurumları ilə toplantılar keçiriləcək. Belə ki, sərgi çərçivəsində ilk dəfə regional internet idarəçilik forumu həyata keçiriləcək, sərgi tədbirlərlə zəngin olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB