Paytaxtda içməli suyun verilməsində məhdudiyyətlər var

Paytaxtda içməli suyun verilməsində məhdudiyyətlər var

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, gün ərzində Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər var.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə