Kürdəmirdə 62 nəfər "vergi dostu" seçilib

Kürdəmirdə 62 nəfər "vergi dostu" seçilib

Noyabr ayının 27-də Göyçay, 28-də isə Kürdəmir şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açıb. Vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verilib. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışıb.

Tədbirdə qeyd olunub ki, indiyədək respublika üzrə 1479 nəfər müəllimə müvafiq təlim keçilib və "vergi dostu" sertifikatı təqdim olunub.

Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 62 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzayıb.

Beləliklə, respublika üzrə "vergi dost"larının ümumi sayı 1541 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə