Sabah Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı günü" təşkil ediləcək. Komitədən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd KİV nümayəndələrinin QKDK-nın struktur bölmələrinin əsas fəaliyyət istiqamətlərindən biri olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə lisenziyaların və ixtisas şəhadətnamələrinin verilməsi, hesabatların qəbul edilməsi və təhlili, habelə yerində yoxlamaların keçirilməsi istiqamətində görülən işlərlə tanış etməkdən ibarətdir.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Açıq Hökumət 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, "Açıq qapı günü" 28 noyabr saat 11:00 QKDK-nın inzibati binasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB