Neft məhsullarından avtomobil benzininin istehsalı 9,5% artıb

Neft məhsullarından avtomobil benzininin istehsalı 9,5% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarından avtomobil benzininin istehsalı 9,5%, ağ neftin 10,3%, dizel yanacağının 5,4%, neft bitumunun istehsalı 8,1% artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, neft emalı müəssisələrinin anbarlarında 38,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,8%-i qədər hazır məhsul qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə