Quşlarda təlaş yaradacaq xəstəlik aşkarlanmayıb

Quşlarda təlaş yaradacaq xəstəlik aşkarlanmayıb

"Ağstafanın Qaçaq Kərəm kəndində bəzi ev quşları xəstəliyə yoluxub. Bununla bağlı Dövlət Baytarlıq Xidməti tərəfindən müvafiq araşdırmalar aparıb". Bu barədə SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidməti Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, xidmət tərəfindən monitorinqlər mütəmadi olaraq aparılır: "Adıçəkilən kənddə quşlar qurd xəstəliyindən tələf olub. Həmin kəndin sakinlər bizə bu haqda müraciət etməyiblər. Biz özümüz məlumat əldə etdikdən sonra həmin yerdə monitorinq apardıq. Hazırda bizə verilən məlumata görə, xəstəliyə qarşı vətəndaşlar tərəfindən tədbir görülüb".

Qurum rəsmisi deyib ki, ölkə üzrə noyabr ayında yekunlaşan monitorinqin nəticəsinə əsasən quşlarda təlaş yarada biləcək xəstəlik aşkar olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə