"Dekabrın 1-dən Bakı-Qazax-Bakı sərnişin qatarı reysi ləğv ediləcək". Bu barədə SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bundan sonra Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaq: "Bakı-Qazax-Bakı sərnişin qatarı reysinin ləğv edilməsində başlıca məqsəd Azərbaycanda sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılmasına, təsərrüfata çəkilən xərclərin azaldılmasına, sərnişinlərin rahatlığının təmin edilməsinə və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına şərait yaratmaqdır.
Nadir Əzməmmədov bildirib ki, qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq: "Noyabrın 30-da Bakı-Qazax-Bakı sərnişin qatarı və Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə yola düşəcək. Dekabrın 1-də isə qatar axırıncı dəfə Qazaxdan geriyə qayıdacaq. Qatar Ağstafadan geriyə isə dekabrın 1-də yola düşəcək".
Eyni zamanda, Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı reysində Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək: "Bu qatar daha öncə beynəlxalq standartlar üzrə hərəkət etdiyi üçün tariflər baha idi. İndi isə sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində xüsusi yerli tarif tətbiq ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB