Noyabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,08 dollar və ya 0,1% artaraq 1 barelə görə 93,84 dollar olub. SİA xəbər verir ki, noyabrın 15-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,22 dollar və ya 0,2% artaraq 108,50 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB