Bu gün Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə müzakirələr keçiriləcək
Bu gün Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılmış Yüksək səviyyəli İşçi Qrupunun iclası keçiriləcək.
SİA-nın məlumatına görə, sayca ikinci olan iclas İran İslam Respublikasının Rəşt şəhərində təşkil edilir.
İran İslam Respublikasının Rəşt şəhərində keçiriləcək müzakirələrdə Nəqliyyat Nazirliyi də təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB