Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 9.8 faiz artıb

Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 9.8 faiz artıb

Yanvar-oktyabr ayları ərzində ölkədə 47.6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən SIA-ya verilən məlumata görə keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz, yaxud müqayisəli qiymətlərlə 2.6 milyard manat artıb. ÜDM-in 30.5 milyard manatı və ya 64.1 faizi məhsul istehsalı sahələrində, 14.1 milyard manatı, yaxud 29.6 faizi xidmət sahələrində yaradılıb. 3.0 milyard manatı (6.3 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 5.0 faiz, xidmət sahələrində isə 6.7 faiz artıb.
Hər bir nəfərə 5122.6 manatlıq (6528.9 ABŞ dolları) əlavə dəyər istehsal olunub və 4.4 faiz artıb. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 9.8 faiz, neft sektorunda isə 1.0 faiz artıb.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə