"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11% artacağı proqnozlaşdırılır. Fondun 2014-cü il üçün gəlirləri 2 928 mln. manat həcmində nəzərdə tutulub". SİA-nın məlumata görə, bunu parlamentdə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı DSMF-nin sədr müavini Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, gəlirlərin 60,8%-ni və ya 1 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək: "Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9% artım deməkdir. Gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat təşkil edəcək: "Fondun xərcləri gələn il üçün 2 928,5 mln. manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2% çoxdur. Əhaliyə ödənişlər 2 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4%-ni təşkil edəcək. Pensiya ödənişlərinə 2 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5% və ya 288,3 mln. manat çoxdur".
E.Mehdiyev qeyd edib ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır: "Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2,928 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2% üstələyir. Gələn il dövlət büdcəsindən D
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB