Gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat praqnozlaşdırılır

Gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat praqnozlaşdırılır

"2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi praqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5, 2 faizi, qeyri-neft ÜDM-in isə 10 faizlik artım sürəti əsas götürülüb. Xam neftin 1 barel üçün orta qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat məbləğində praqnozlaşdırılır: "Bu da cari illə müqayisədə 83 milyon manat çoxdur. Təbii ki, gələn il üçün büdcə artıqlıqları da olacaq. Bu əsasən münbit neft qiymətlərinin konnekturası ilə bağlıdır. Bu da xəzinədə qalmaqla növbəti ildə büdcənin kəsirinin maliyyələşməsinə yönəldiləcək. 2014-cü ildə sosial müdafiə və sosial təminatlı xərclər 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12, 5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitəyə 8,7 faiz, mənzil kommunal və təsərrüfatı xərclərinin 14 faiz artımı praqnozlaşdırılır".

"Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə təxminən 30 milyon manat, hemofiliya və talassemiya, qan xətsəlikləri üzrə tədbirlərə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üzrə dövlət proqramının təmin olunması üçün təxminən 40 milyon manat, şəkərli diabet üzrə dövlət proqramına 34 miylon manata qədər vəsait ayrılacaq" -deyə maliyyə naziri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə