Pensiya kartı sahiblərinə şad xəbər YENİ LAYİHƏ

Pensiya kartı sahiblərinə şad xəbər YENİ LAYİHƏ

Azərbaycan Beynəlxalq Bankı pensiya kartı sahibləri üçün yeni "Pensiya+" proqramını təqdim edir. SİA xəbər verir ki, Bankda xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılıb. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılan bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF–yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.

Qeyd edək ki, hazırda proqrama 3 ticarət subyektləri qoşulub və onların sayı davamlı şəkildə artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə