Sudan nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Sudan Respublikasının İnvestisiya naziri Dr. Mustafa Osman İsmail Elami, Maliyə və İqtisadiyyat naziri Ali Mahmud Muhammed Abdulrasul, Elm və Texnalogiyalar naziri Dr. Eisa Buşra Mohamed, dövlət naziri Dr. Mohamed Elmuhtar Hassan Hussein və Sudanın Azərbaycandakı səfiri Muhammed Elias Mohamed Alhajdan ibarət nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Sudanın İnvestisiya naziri Dr. Mustafa Elami Sudan nümayəndə heyətinin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmasına görə Azərbaycan hökumətinə təşəkkür edib, geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfərinin Sudanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəmin göstəricisi olduğunu qeyd edib. Sudanlı nazir iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və mədən sənayesi sahələrində ölkəsinin böyük ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, Azərbaycan şirkətlərini Sudana dəvət edib. Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB