Oktyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,5% azalaraq 1 barelə görə 98,20 dollar olub. SİA-nın məlumatına görə, oktyabrın 29-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,60 dollar və ya 0,5% azalaraq 109,01 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB