“Bulla-dəniz” yatağındakı 90 nömrəli quyu normal iş rejiminə başladı
Oktyabrın 25-də ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssisləri tərəfindən aparılan birgə tədbirlər nəticəsində "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb. Quyudan hasil olunan qaz özüldəki mövcud xətlə sahilə nəql olunur.
Bununla da, "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş verən qəza tam aradan qaldırılıb, quyu xilas edilib və sistemə qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB