Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ildə Stokholm şəhərində keçirilmiş İkinci Nobel elmi-innovativ konfransı ilə bağlı yayılan məlumatı təkzib edib. Şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, bu il sentyabrın 13-14-də Stokholm şəhərində keçirilmiş İkinci Nobel elmi-innovativ konfransının təşkilində ARDNŞ sponsor və ya hər hansı digər formada iştirak etməyib: "Bununla əlaqədar bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar əsassızdır və təkzib olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB