Ziyad Səmədzadə: "Bəs bank faizsiz kredit verirsə necə yaşayır?"
"Bəzən reklamlarda bankların istehlakçıya faizsiz kredit təklif etdiyinin şahidi oluruq. Bəs bank faizsiz kredit verirsə necə yaşayır?". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, İqtisadi Siyasət Komitəsi tərəfindən yaxın günlərdə bankların və iqtisadi yönümlü təşkilatların reklam fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılacaq: "İlk növbədə istehlakçıların hüquqlarının qorunması və reallığın olması reklam verən şirkətin və ya bankın marağında olmalıdır. Burada hesablamalar dəqiq olmalı, cəmiyyətə aydın çatdırılmalıdır".
Millət vəkili qeyd edib ki, Azərbaycanın bank sektorunda da müəyyən dəyişikliklər mütləqdir: "Bu dəyişikliklər artıq Mərkəzi Bank tərəfindən aparılır. Hesab edirəm ki, dəyişikliklərin bir hissəsi problemli kreditlərin azaldılmasına yönəldiləcək. Problemli kreditlər azaldıldıqda isə bank faizləri də aşağı düşəcək. Biz bank sektorunda sağlam rəqabətin olmasının tərəfdarıyıq. İstərdim ki, kredit faizləri aşağı düşsün və bu istiqamətdə artıq müəyyən işlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB