Ziyad Səmədzadə: "Fermer təsərrüfatının inkişafı üçün vergilərin azaldılması bəs etmir"

Ziyad Səmədzadə: "Fermer təsərrüfatının inkişafı üçün vergilərin azaldılması bəs etmir"

"Azərbaycanın aqrar sahədə malik olduğu potensialı ortaya çıxarmaq üçün qoyulan investisiyalar çatışmazlıq təşkil edir". SİA xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə daxili iqtisadiyyatda sektorların rəqabət qabiliyyətliliyini ölçmək və həmin sahələr üzrə tətbiq olunmuş iqtisadi sahələri dəyərləndirmək məqsədi ilə aparılmış tədqiqatın ictimaiyyətə təqdim edilməsi üçün təşkil edilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük aqrar potensial mövcuddur və bundan istifadə etmək üçün aqrar sahəyə təkcə güzəştli vergilərin tətbiq edilməsi ilə kifayətlənmək olmaz: "Kənd təsərrüfatının bir sıra sahələrinin, xüsusilə fermer təsərrüfatının inkişaf etməsi üçün vergilərin azaldılması bəs etmir. Ölkənin aqrar sferasının inkişaf etdirilməsi, mövcud potensialdan istifadə olunması üçün bu sahəyə lizinqlərin tətbiqi və subsidiyaların ayrılması mütləqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə