Ölkənin bütün rayonlarında hibrid stansiyaları quraşdırılacaq

Ölkənin bütün rayonlarında hibrid stansiyaları quraşdırılacaq

"2020-ci ildə Azərbaycanın enerji istehsalında alternativ enerji mənbələrinin payı 20% olacaq". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ölkənin 10 rayonunda hibrid stansiyası quraşdırılacaq: "2020-ci ilə qədər isə Azərbaycanın bütün rayonlarında hibrid stansiyaların fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu stansiyalar əhalinin həm elektrik, həm də istilik tələbatını ödəyəcək".

Agentliyin sədri qeyd edib ki, hibrid stansiyalarından əldə olunan enerjiyə xərclənən vəsaitin hesabatı ictimaiyyətə açıqlanacaq: "Alternativ enerjinin əldə olunmasına xərclənən vəsaitə biz cavabdehik. Buna görə də, icazə verə bilmərik ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsait səmərəsiz xərclənsin".

Bütün xəbərlər Facebook səhifəmizdə