Bu gün Milli Məclisdə "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı"nın, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan – Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) – "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb. SİA-nın verdiyi məlumata görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Ziyad Səmədzadə hər üç sənədin çox vacib olduğunu bildirib. İqtisadi siyasət komitəsinin üzvü, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov yeni körpünün çayın mənbəyinə yaxın ərazidə tikiləcəyini nəzərə çatdırıb: "Mövcud körpüdə bir tərəfə hərəkət edəndə, digər tərəfdə hərəkət mümkün deyil. Buna görə də 326 metr uzunluğunda yeni körpü tikiləcək. Bu, Rusiya və Azərbaycan arasında avtomobillərin hərəkətini asanlaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB