Orta aylıq əmək haqqı 641,4 manata çatıb

Orta aylıq əmək haqqı 641,4 manata çatıb

Cari ilin yanvar-iyul aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 178,8 min nəfər, onların orta aylıq əmək haqqı isə 8,4 faiz yüksələrək 641,4 manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, işçilərin 37,4 mini mədənçıxarma, 90,4 mini emal, 30,4 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 20,6 min nəfəri su təchizatı tullantılarının təmizlənməsi və emalı bölmələrində cəmləşib. Qeyri-dövlət sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 7,4 faiz artaraq 751 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə