İlk iş günü yağmurlu olacaq

"Həftənin ilk iş günüdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Ölkənin bölgələrində bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var: "Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir".

Məlumat üçün bildirək ki, qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə