Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 27-də saat 11:00-da Biləsuvar Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB