CEIBC-in növbəti görüşü ARDNŞ ilə oldu

CEIBC-in növbəti görüşü ARDNŞ ilə oldu

Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) İqtisadi məsələlər üzrə Vitse-prezidenti Süleyman Qasımovun görüşü keçirilib. SİA xəbər verir ki, "Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv-şirkətləri ilə iqtisadi əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən görüşdə rəsmi qonaq ARDNŞ-nin həyata keçirdiyi və hazırda reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verib.

O, həmçinin Yunanıstanın DESFA şirkətinin payının ARDNŞ tərəfindən əldə olunmasının dövlət vəsaitləri hesabına həyata keçiriləcəyini də qeyd edib: "Yunanıstan şirkətinin aktivlərinin 400 milyon avro müqabilində alınması ARDNŞ-ın nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək. DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq".

Daha sonra görüş KİV nümayəndələri üçün qapalı şəkildə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə