Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gömrük vergi və rüsumları ilə bağlı daxilolmaları 887,8 mln. manat təşkil edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% çoxdur.
Bu ilin avqust ayında gömrük rüsumları üzrə 189,7 mln. manat, ƏDV üzrə 633,3 mln. manat, aksizlər üzrə 53,1 mln. manat, yol vergisi üzrə isə 11,7 mln. manat büdcəyə daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB