"Hazırda Azərbaycanda virus xəstəliyinə tutulan iribuynuzlu mal-qaranın sayı 905 baş təşkil edir". Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, 240 min başdan artıq iribuynuzlu mal-qara virusa qarşı müalicə olunub: "Onlarda həm qidalanma, həm də süd vermə fəaliyyətləri bərpa olunub. Xəstə heyvanların müalicəsi istiqamətində isə baytar həkimləri fəaliyyətlərini davam etdirirlər".
Yolçu Xanvəli qeyd edib ki, heyvanlarda virusun təsirilə həm ölüm halları, həm də balasalma halları artıb: "136 baş mal-qara sözügedən xəstəliklə yanaşı, digər xəstəliklərin də olduğuna görə ölüb. Onlar baytarlıq xidmətinin əməkdaşlarının nəzarəti altında xlorlu əhənglə üzəri örtülərək basdırılıb. Virusa yoluxan iribuynuzlu mal-qarada balasalma halları da artaraq 192-yə çatıb".
Xidmətin rəhbəri onu da bildirib ki, hazırda xəstəlik Dövlət Baytarlıq Xidmətinin nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB