QKDK-nın 15 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunan beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, "Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış" mövzusunda olan konfrans Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə baş tutub. 15 ölkədən 100-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda inkişaf etməkdə olan ölkələrdə kapital bazarlarında dövlət tənzimlənməsi və kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması tendensiyaları istiqamətlərində geniş müzakirələr aparılacaq. Qeyd edək ki, konfrans hazırda işini davam etdirir.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB