Gəncədə çiyələk yarmarkası keçirilib FOTOLAR

Gəncədə çiyələk yarmarkası keçirilib FOTOLAR

Gəncədə çiyələk yarmarkası keçirilib. Gəncə şəhərində ilk dəfə olaraq çiyələk yarmarkası keçirlib. SİA-nın Qərb Bürosu xəbər verir ki, tədbir "Oksfam Azərbaycan" təşkilatının təşəbbüsü ilə SMART-fermerlərə dəstək layihəsi çərçivəsində keçirilir. Məqsəd fermerlərin bazara çıxışını daha da yaxşılaşdırmaq, əhalini daha ucuz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Ümumiyyətlə, yarmarkada müştərilərə təqdim olunan məhsullar bazarlardan 20%endirimlə satılıb.Yarmarkada ölkənin 5 rayonu - Ağdam, Bərdə, Tərtər, Göygöl və Cəlilabaddan olan 60-a yaxın fermer öz məhsulunu nümaytiş etdirib. Gəncədən sonra analoji yarmarkanın Tərtər rayonunda da təşkili nəzrdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə