Daşınmaz əmlakın icbari sığortası üzrə artım müşahidə olunub

Daşınmaz əmlakın icbari sığortası üzrə artım müşahidə olunub

2013-cü ilin ilk yeddi ayı ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 66609 sığorta müqaviləsi bağlanılıb. Bu barədə Bürodan SİA-ya verilən məlumatda bildirilib. Məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə bu icbari sığorta növü üzrə bağlanılmış sığorta müqavilələrinin sayında 16,21 % artım müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə