Bu ilin yanvar-iyul aylarında qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6% artaraq 6 154,7 mln. manat (ümumi sərmayənin 69,9%-i) təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya daxil olan məlumata görə, qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 80%-i dövlət, 20%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB