Nərimanov rayonunda mühüm infrastruktur layihələri həyata keçirilir
Paytaxtın Nərimanov rayonu ərazisində mühüm infrastruktur layihələrinin icrası sürətlə davam etdirilib. Rayon icra hakimiyyətindən SİA-ya bildiriblər ki, cari ilin son 6 ayı ərzində "Gənclik" meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşası başa çatdırılmış, metronun "Gənclik" stansiyasının ətrafında yerləşən binaların fasadları milli memarlıq üslubunda yenidən qurulub.
Bu müddətdə Vaqif prospektinin genişləndirilməsi, Ziya Bünyadov prospektinin yenidən qurulması, eləcə də paytaxtın baş planına uyğun digər layihələrin həyata keçirilməsi istiqamətində də xeyli işlər görülüb.
Bununla yanaşı, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar müddəti keçmiş və Bakının ümumi görkəminə xələl gətirən yaşayış binaları və bir sıra obyektlər sökülüb, sakinlər üçün yeni yaşayış binalarının tikintisi davam etdirilib.
Hazırda K. Rəhimov küçəsində sökülmüş köhnə yaşayış binalarının yerində yeni park salınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB