Mobil operatorlar “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqini ləngidir

Mobil operatorlar “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqini ləngidir

Mobil operatorlar "Mobil Nömrələrin Daşınması Sistemi"nin tətbiqini ləngidir. Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən "Mobil Nömrələrin Daşınması Sistemi"nin tətbiqi ləngiyir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Nazirliyə maddi ziyan vurulub. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə