“Azərenerji” ASC: “Ödəniş keçən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb”

“Azərenerji” ASC: “Ödəniş keçən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb”

Qax rayonu üzrə enerjinin istehlakçılara çatdırılması və kommersiya itkilərinin qarşısının alınması istiqamətində son üç ayda uğurlu addımlar atılıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin iyun ayında "Qax" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə 2,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 125 min kilovat-saat çoxdur. Ödəniş keçən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 121 min kilovat-saata yaxın azalaraq təxminən 1,5 milyon kilovat-saat təşkil edib.

Ötən 6 ayda isə burada 17,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,5 milyon kilovat-saatdan, ödəniş isə 16 faizdən çox artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə