Azərbaycan “ITU Telecom World 2013” sərgisinə hazırlanır

Azərbaycan “ITU Telecom World 2013” sərgisinə hazırlanır

Cari ilin 18-21 noyabr tarixlərində Taylandın Banqkok şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2013" sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, hər il olduğu kimi Azərbaycan tərəfi də, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlayıb.

Artıq 156 kv. metrlik ərazi kirayələnib, dizayn işlərinə başlanılıb. Sərgidə Azərbaycandan 50-yə yaxın şirkətin iştirakı planlaşdırılır. Hazırda şirkətlərdən müvafiq məlumatlar toplanılır. Sentyabra qədər yekunlaşaraq, toplanan məlumatlar və görülən hazırlıq işləri əsasında yekun məruzə hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə