“Nabran” yarımstansiyasında tikinti başlanması nəzərdə tutulub

“Nabran” yarımstansiyasında tikinti başlanması nəzərdə tutulub

Azərbaycan respublikasının şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının lazımi səviyyədə təmin olunmasında "Xaçmaz" Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsinin tabeliyində olan elektrik şəbəkələrinin özünəməxsus yeri və rolu vardır. Adıçəkilən enerji obyektinin tərkibinə daxil olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında 110 kilovoltluq "Şabran", "Siyəzən", "Broyler", 35 kV-lik "Quba", "Kanal", "Nabran", "Qusar", "Zeyxur SES", "Zeyvə" və digər yarımstansiyalarında müvafiq təmir işləri həyata keçirilib. Yenidənqurma və təmir işləri müəssisənin balansına aid olan hava elektrik verilişi xətlərində (HEVX) də aparılıb.

Ümumiyyətlə, bu dövrdə 35 kV-lik və ondan yuxarı gərginlikli HEVX-nin 96 kilometrə yaxın hissəsində təmir və bərpa işləri yerinə yetirilib. Hazırda Qəçreş və Təngəaltı kəndlərində yeni 35 kV-lik yarımstansiyaların tikintisinın başa çatdırılması, 110 kV-lik "Nabran" yarımstansiyasının tikinti işlərinin başlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə