"Şahdağ" kompleksi və Andorra şirkəti arasında saziş imzalanıb FOTO
"Şahdağ" Qış-Yay Turizm Kompleksi və Andorranın "PGI Management" şirkəti arasında saziş imzalanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, sənədi "Şahdağ" kompleksinin direktoru Emin Həşimov və "PGI Management"in prezidenti Con Viladomat imzalayıblar. Sazişə əsasən, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisindəki "Zirvə", "Gaya Residence" və "Shahdag Hotel&SPA" mehmanxanalarının idarəçiliyi 3 il müddətinə "PGI Management" şirkətinə verilib.
1955-ci ildən fəaliyyət göstərən "PGI Management" şirkəti Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir. Portuqaliya, İspaniya, Rusiya və digər ölkələrdə mehmanxana biznesinə malikdir.
2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək "PGI Management" şirkəti "Şahdağ" Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. Ötən mövsüm Andorra şirkəti əməkdaşları süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsi göstəriblər. Bununla bağlı "PGI Management" şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB