İyulun 8-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Qafqaz Strateji Araşdırmaları Mərkəzinin təşkilatçılığı və Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu və Qafqaz İnkişaf Fondunun (Gürcüstan) dəstəyi ilə Bakı və Tiflis şəhərlərində "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, konfransı Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov, Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski, "Qafqaz və Qloballaşma" jurnalının Baş redaktoru Nazim Müzəffərli, SAM-ın direktoru Fərhad Məmmədov açılış nitqləri ilə başlayacaq.
4 paneldən ibarət olan tədbirdə "Regional münaqişələrin tarixi zəminləri", "Regional münaqişələrdə təhlükəsizlik və geosiyasət məqamları", "Regional münaqişələrin dinamikasında etnik və dini amillər" və "Regional münaqişələrin iqtisadiyyatı" mövzuları ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, konfransda 20-dən çox ölkəni təmsil edən 60-dan çox rəsminin, diplomatın, alimin və tədqiqatçının iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB