Azərbaycan prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 15 mln. manat ayrılıb

Azərbaycan prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 15 mln. manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncama əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan "Aqrolizinq" ASC-yə 15 mln. manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə