Nazir müavini daşınmadakı problemi açıqladı

Nazir müavini daşınmadakı problemi açıqladı

"Azərbaycanda mobil nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) ləngiməsinə səbəb, mobil rabitə operatorlarının texniki baxımından buna tam hazır olmamasıdır". SİA-nın məlumatına görə, bu barədə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları sözügedən layihəni tətbiq etmək üçün tam hazır deyil və hazırda onlar tərəfindən müvafiq işlər həyata keçirilir: "Mobil rabitə operatorları texniki baxımdan layihənin tətbiqinə tam hazır olan kimi, nömrələrin daşınmasına başlanacaq".

Qeyd edək ki, layihənin tətbiqi cari ilin may ayının əvvəlinə, daha sonra isə iyunun əvvəlinə planlaşdırılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə